xankəndi, 19 iyul, arhd.media
prezident ilham əliyev: azərbaycan mediasının inkişafı məni çox sevindirir
azərbaycan mediasının inkişafı məni çox sevindirir. çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm.
arhd.media xəbər verir ki, bu sözləri prezident ilham əliyev iii şuşa qlobal media forumunun iştirakçıları ilə görüşündə söyləyib.
“bu gün azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. bu da lazımdır. idmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur”, - deyə dövlətimizin başçısı bildirib.
prezident ilham əliyev vurğulayıb ki, azərbaycan mediası artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli reallıqdır.























