bakı, 19 iyul, arhd.media
azərbaycanın və pakistanın xarici işlər nazirləri arasında telefon danışığı olub
azərbaycan respublikasının xarici işlər naziri ceyhun bayramov ilə pakistan islam respublikasının baş nazirinin müavini, xarici işlər naziri məhəmməd ishaq dar arasında telefon danışığı olub.
xarici işlər nazirliyinin mətbuat xidməti idarəsindən arhd.media-a bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
qarşılıqlı həmrəylik, dostluq və qardaşlıq münasibətlərinə əsaslanan azərbaycan-pakistan strateji tərəfdaşlığının siyasi, iqtisadi, təhlükəsizlik, humanitar aspektlərindən bəhs edilib, əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində mövcud imkanlardan istifadənin vacibliyi qeyd olunub.
regional və beynəlxalq təşkilatlar, o cümlədən birləşmiş millətlər təşkilatı, islam əməkdaşlıq təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.























