roma, 15 iyul, arhd.media
avropa ittifaqı italiyaya xəbərdarlıq edib
avropa ittifaqı “unicredit spa”nın “banco bpm”i satın alması ilə bağlı tələblərə görə italiyaya xəbərdarlıq edib.
arhd.media xəbər verir ki, italiya hökuməti satınalma prosesində milli şərtlər tətbiq etməklə ai qanunlarını pozmaqda ittiham olunur. avropa komissiyası italiyanın “qızıl güc” tətbiqinin ai-nin birləşmə qaydalarını poza biləcəyini, rəsmi romanın mövqeyinin kifayət qədər əsaslandırılmadığını bildirib.
avrokomissiyaya görə, hökumətin mövqeyi ai qanunvericiliyinin kapitalın hərəkət azadlığı və avropa mərkəzi bankının prudensial nəzarəti kimi digər müddəaları ilə uyğun gəlmir.
qeyd olunub ki, italiya hökuməti satınalma prosesini qəbul etməzdən əvvəl öz yanaşmasını nəzərdən keçirməlidir.























