




15 iyul, arhd.media
azərbaycanın baş prokuroru və iraqın ali məhkəməsinin sədri əməkdaşlıq məsələlərini müzakirə ediblər
iyulun 15-də azərbaycan respublikasının baş prokuroru kamran əliyev ölkəmizdə işgüzar səfərdə olan iraq respublikasının ali federal məhkəməsinin sədri munder ibrahim hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
baş prokurorluğun mətbuat xidmətindən arhd.media-a bildirilib ki, qonaqları səmimiyyətlə salamlayan baş prokuror munder ibrahim hüseyni iraq ali federal məhkəməsinin sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
görüş zamanı baş prokuror ölkəmizin prokurorluq orqanlarında həyata keçirilən genişmiqyaslı islahatlardan bəhs edərək, müasir dövrdə prokurorluğun cinayətkarlıqla, xüsusilə də korrupsiya ilə mübarizədə rolunu, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb və ölkələrarası təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.
kamran əliyev islam əməkdaşlıq təşkilatı çərçivəsində iraqla mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, təşkilata üzv ölkələrin korrupsiyaya qarşı mübarizə aparan orqanları rəhbərlərinin 2026-cı ildə ölkəmizdə keçiriləcək üçüncü konfransına dair nümayəndə heyətini məlumatlandırıb.
baş prokuror, həmçinin iraq respublikasının ali məhkəmə şurasının sədri, dövlət prokurorluğunun sədri və federal dürüstlük komitəsinin sədri ilə keçirilmiş ikitərəfli görüşü xatırladaraq, iraqla əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
səmimi qəbula görə təşəkkürünü bildirən munder ibrahim hüseyn iki ölkə arasında tarixi dostluq münasibətlərinə toxunaraq xalqlarımız arasında ortaq mədəni və dini köklərin, qədim tarixə əsaslanan sıx əlaqələrin mövcudluğunu qeyd edib.
bundan başqa, sədr hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla, xüsusilə də korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı və səmərəli əməkdaşlığın vacibliyini diqqətə çatdırıb və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb, əlaqələrin möhkəmləndirilməsi məqsədilə müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə olunub.
görüşdə, həmçinin iraq respublikasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili ban əli kazım əl-həkim iştirak edib.






















