bdypi isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

bakı, 15 iyul, arhd.media




bdypi isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edib


baş dövlət yol polisi idarəsi (bdypi) isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

bu barədə arhd.media-a bdypi-dən məlumat verilib.

bildirilib ki, hazırda ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. isti hava insanlarda əzginlik, yorğunluq hissi yaradır. bu da uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərdə özünü daha tez büruzə verir.

“bdypi belə halların sürücülərin əhvali-ruhiyyəsinə, ətraf mühitə reaksiyasına mənfi təsir göstərdiyini nəzərə alaraq, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, kondisionerlə təchiz edilməyən nəqliyyat vasitələri ilə günün nisbətən sərin vaxtı yola çıxmağa, uzaq məsafələrə səfər edərkən 1-2 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyə çağırır”, - deyə müraciətdə qeyd olunur.

Baxış sayı: 4 343

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə