naxçıvanda əsas kapitala 106 milyon manatdan çox vəsait yönəldilib

naxçıvan, 11 iyul, arhd.media




naxçıvanda əsas kapitala 106 milyon manatdan çox vəsait yönəldilib


naxçıvanda cari ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 106 milyon 117 min 600 manat vəsait yönəldilib.

naxçıvan muxtar respublikası dövlət statistika komitəsinin mətbuat xidmətindən arhd.media-ın bölgə müxbirinə bildirilib ki, bu da bir il öncəki göstəricidən 40,5 faiz çoxdur.

əsas kapitala vəsait qoyuluşunun 83 milyon 340 min 100 manatı və ya 78,5 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34,3 faiz çoxdur.

Baxış sayı: 5 445

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə