naxçıvan, 10 iyul, arhd.media
naxçıvanda ümumi daxili məhsul istehsalı 760 milyon manata yaxın olub
cari ilin yanvar-iyun aylarında naxçıvan muxtar respublikasında ümumi daxili məhsul istehsalı 759 milyon 883 min 500 manat olub.
muxtar respublikanın dövlət statistika komitəsinin mətbuat xidmətindən arhd.media-ın bölgə müxbirinə bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxdur.
bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı isə 4 faiz artaraq 1612 manat olub.





















