bakı, 8 iyul, arhd.media
azərbaycan-pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti müzakirə edilib
iyulun 8-də azərbaycan respublikasının xarici işlər naziri ceyhun bayramov ilə pakistan islam respublikasının baş nazirinin müavini, xarici işlər naziri məhəmməd ishaq dar arasında telefon danışığı olub.
bu barədə arhd.media-a xarici işlər nazirliyindən məlumat verilib.
telefon danışığı zamanı iqtisadi əməkdaşlıq təşkilatının xankəndi şəhərində keçirilmiş 17-ci zirvə görüşü çərçivəsində iki ölkə liderləri arasında görüş zamanı aparılmış müzakirələrdən irəli gələn məsələlər, azərbaycan-pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
regional məsələlərlə bağlı azərbaycan və pakistanın hər zaman bir-birinin legitim maraqlarını dəstəklədiyi, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə qarşılıqlı faydalı əməkdaşlığı davam etdiricəyinə dair həmfikirlik ifadə olunub.
telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və beynəlxalq məsələlərə diqqət yetirilib.






















