baş prokurorluq: səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

bakı, 2 iyul, arhd.media




baş prokurorluq: səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb


yekaterinburq şəhərində yaşayan azərbaycan vətəndaşları hüseyn və ziyəddin səfərov qardaşlarının rusiya federasiyasının hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı işgəncələrə məruz qoyularaq öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında azərbaycan respublikası baş prokurorluğun istintaq idarəsi tərəfindən araşdırmalara başlanılıb.

arhd.media xəbər verir ki, bunu baş prokurorluğun istintaq idarəsinin rəisi nemət əvəzov azərbaycan respublikası vətəndaşlarının və azərbaycanəsilli şəxslərin rusiya federasiyasında işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı keçirilən brifinqdə deyib.

“ilkin araşdırma zamanı müəyyən edilib ki, iyunun 27-də səhər saatlarında rusiya federasiyasının milli qvardiyasının sverdlovsk vilayəti üzrə idarəsinin, daxili işlər nazirliyinin sverdlovsk vilayəti üzrə baş idarəsinin cinayət axtarış idarəsinin, federal təhlükəsizlik xidmətinin sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə keçirilmiş birgə əməliyyat axtarış tədbirləri nəticəsində yekaterinburqda müxtəlif ünvanlarda yaşayan azərbaycan respublikası vətəndaşları həmin ölkənin ərazisində əvvəlki dövrlərdə törədilmiş qəsdən adamöldürmə cinayətlərində iştirak etmələri şübhələri ilə saxlanılıblar. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən əməliyyat qurumlarının əməkdaşları tərəfindən saxlanılan azərbaycan respublikası vətəndaşlarına və azərbaycanəsilli şəxslərə bədənlərinin müxtəlif nahiyələrinə bərk küt əşyalarla çoxsaylı zərbə vurularaq, işgəncələrə məruz qoyulmaqla ağır xəsarətlər yetirilib”, - deyə o əlavə edib.

Baxış sayı: 6 558

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə