bakı, 2 iyul, arhd.media
iyunda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
bu ilin iyun ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 148 min 770 nəfər olub.
bu barədə arhd.media-a dövlət sosial müdafiə fondunun mətbuat xidmətindən məlumat verilib.
qeyd edilib ki, onların 112 min 298-i yaşa, 14 min 218-i əlilliyə, 22 min 254-ü isə ailə başçısını itirməyə görə pensiya alıb.























