ankara, 27 iyun, arhd.media
azərbaycan silahlı qüvvələrinin baş qərargah rəisi ankarada səfərdədir
iyunun 27-də türkiyə paytaxtında səfərdə olan azərbaycan silahlı qüvvələrinin baş qərargah rəisi general-polkovnik kərim vəliyevin türkiyə ordusunun baş qərargah rəisi ordu generalı metin gürak tərəfindən qarşılanma mərasimi olub.
arhd.media xəbər verir ki, sonra tərəflər arasında görüş keçirilib.
həmin gün türkiyənin milli müdafiə naziri yaşar güler azərbaycan silahlı qüvvələrinin baş qərargah rəisi general-polkovnik kərim vəliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
qardaş ölkənin milli müdafiə nazirliyində arhd.media-a bildirilib ki, görüşdə türkiyə ordusunun baş qərargah rəisi ordu generalı metin gürak iştirak edib.
























