dövlət xidmətinin rəisi şirvanda vətəndaşlarla görüşəcək
bakı, 4 fevral, arhd.media
səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin (shxçdx) rəisi mürsəl ibrahimov fevralın 21-də saat 10:00-da şirvan gənclər evində şirvan, hacıqabul, salyan, neftçala şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
dövlət xidmətindən arhd.media -a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların fevralın 17-dək shxçdx-nin adları qeyd olunan rayon şöbələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.






















