mingəçevir, 24 iyun, arhd.media
prezident ilham əliyev mingəçevirdə çinin “dongfang electric international corporation” şirkətinin idarə heyətinin sədrini qəbul edib
azərbaycan respublikasının prezidenti ilham əliyev iyunun 24-də mingəçevirdə çinin “dongfang electric international corporation” şirkətinin idarə heyətinin sədri çen qianqı qəbul edib.
arhd.media xəbər verir ki, görüşdə “dongfang electric international corporation” şirkətinin “8 noyabr” elektrik stansiyasının inşasında iştirakının roluna toxunuldu, azərbaycanla çinin bu şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

























