azərbaycan respublikası prezidentinin “azərbaycan avtomobil yolları dövlət agentliyinin yaradılması haqqında” 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli və “azərbaycan avtomobil yolları dövlət agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
azərbaycan respublikası prezidentinin fərmanı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “azərbaycan avtomobil yolları dövlət agentliyinin yaradılması haqqında” azərbaycan respublikası prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli fərmanının (azərbaycan respublikasının qanunvericilik toplusu, 2017, № 10, maddə 1805 (cild i) 2.2-ci bəndində “iki” sözü “üç” sözü ilə əvəz edilsin.
2. azərbaycan respublikası prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli fərmanı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2017, № 12 (i kitab), maddə 2316 (cild i) ilə təsdiq edilmiş “azərbaycan avtomobil yolları dövlət agentliyinin nizamnaməsi”nin 4.3-cü bəndinin ikinci cümləsində “üç” sözü “dörd” sözü ilə, “iki” sözü “üç” sözü ilə əvəz edilsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 4 fevral 2025-ci il






















