Bakı-Dammam marşrutu üzrə aviareysi yerinə yetirən təyyarə Bakı hava limanına geri qayıdıb

Bakı, 23 iyun, ARHD.AZ




Bakı-Dammam marşrutu üzrə aviareysi yerinə yetirən təyyarə Bakı hava limanına geri qayıdıb


“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus Bakı–Dammam marşrutu üzrə J2 8205 nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.

AZAL-dan ARHD.AZ-a bildirilib ki, “Airbus” tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Baxış sayı: 6 445

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə