bakı, 13 iyun, arhd.media
bakı-naxçıvan-bakı avtobus reysləri fəaliyyətini dayandırıb
yaxın şərqdə baş verən son hadisələrlə bağlı təhlükəsizlik məqsədilə iran ərazisindən keçməklə reallaşan bakı-naxçıvan-bakı avtobus reysləri fəaliyyətini iyunun 13-də dayandırıb.
azərbaycan yerüstü nəqliyyat agentliyindən arhd.media-a bildirilib ki, bakı-naxçıvan-bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
əlavə suallar yaranarsa, sərnişinlər ayna-nın 141 - çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər.






















