bakı, 12 iyun, arhd.media
şuşanın iət-in turizm paytaxtı elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq - sərəncam
prezident ilham əliyev “şuşa şəhərinin 2026-cı il üçün “iqtisadi əməkdaşlıq təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
arhd.media xəbər verir ki, 2023-cü il oktyabrın 5-də iran islam respublikasının ərdəbil şəhərində keçirilmiş iqtisadi əməkdaşlıq təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında azərbaycanın mədəniyyət paytaxtı şuşa şəhəri 2026-cı il üçün “iqtisadi əməkdaşlıq təşkilatının turizm paytaxtı” elan edilib. bu qərar azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan şuşaya xüsusi ehtiramın ifadəsidir və üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın daha da genişlənməsində özünəməxsus rol oynayacaq.
sərəncama əsasən, nazirlər kabinetinə şuşa şəhərinin 2026-cı il üçün “iqtisadi əməkdaşlıq təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək və digər məsələləri həll etmək tapşırılıb.























