bşti-nin tabeliyindəki məktəblərin buraxılış siniflərini 80 mindən çox şagird bitirir

bakı, 11 iyun, arhd.media



bşti-nin tabeliyindəki məktəblərin buraxılış siniflərini 80 mindən çox şagird bitirir


2024-2025-ci tədris ilində bakı şəhəri üzrə təhsil idarəsinin (bşti) tabeliyindəki ümumi təhsil müəssisələrinin ix siniflərini 46 min 406, xi siniflərini 33 min 517, xii siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 138 nəfər bitirir.

bşti-dən arhd.media-a bildirilib ki, paytaxtdakı ümumi təhsil müəssisələri üzrə 38 206 nəfər i sinfi başa vurur.

cari tədris ilində bşti-nin tabeliyindəki ümumi təhsil məktəblərində 513 min 923 şagird təhsil alır. bşti-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 30 min 169 müəllim fəaliyyət göstərir.

2024-2025-ci tədris ilində paytaxt üzrə 287 ümumi təhsil məktəbində fəaliyyət göstərən 1 048 məktəbəhazırlıq qrupuna 22 min 781 uşaq cəlb olunub.

qeyd edək ki, bşti-nin tabeliyində 344 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

Baxış sayı: 3 256

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə