cari ilin beş ayı ərzində dövlət qurumlarına 453 kiberhücum indikatoru müəyyən olunub

bakı, 11 iyun, arhd.media



cari ilin beş ayı ərzində dövlət qurumlarına 453 kiberhücum indikatoru müəyyən olunub


cari ilin beş ayı ərzində xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidməti (xritdx) dövlət qurumlarına 453 kiberhücum indikatoru (ioc) müəyyən edib.

arhd.media xritdx-in kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin yaydığı hesabata istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz artıb.

ümumilikdə cari ilin may ayında xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidməti dövlət qurumlarına 82 kiberhücum indikatoru (ioc) müəyyən edib.

“bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 faiz çoxdur. kibertəhdidlərin 190-ı daxili araşdırma, 263-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb. hesabat dövründə “azstatenet” şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid, mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 480 min 400, “sandbox” mühafizə sistemi vasitəsilə isə 195 082 zərərverici tərkibli elektron sənəd blok edilib”, - deyə hesabatda bildirilir.

Baxış sayı: 4 239

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə