bakı, 2 iyun, arhd.media
ceyhun bayramov keniyaya rəsmi səfərə yola düşüb
iyunun 2-də azərbaycan respublikasının xarici işlər naziri ceyhun bayramov keniya respublikasına rəsmi səfərə yola düşüb.
arhd.media xəbər verir ki, bu barədə xarici işlər nazirliyi məlumat yayıb. bildirilib ki, rəsmi səfər çərçivəsində nazir ceyhun bayramovun azərbaycan respublikasının keniya respublikasındakı səfirliyinin rəsmi açılış mərasimində iştirakı, habelə keniya respublikasının yüksəkvəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.






















