bakı. arhd.media
azərbaycanda noutbuk və stolüstü kompüter istehsalı kəskin artıb
cari ilin yanvar-aprel aylarında azərbaycanda 1 427 ədəd noutbuk istehsal edilib.
arhd.media-in dövlət statistika komitəsindən əldə etdiyi məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 596 ədəd və ya 71,7% çoxdur.
bununla yanaşı, cari ilin ilk 4 ayında azərbaycanda 1 684 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da, illik müqayisədə 1 057 ədəd, yaxud da 2,7 dəfə çoxdur.
belə ki, 2024-cü ilin yanvar-aprel aylarında azərbaycanda 831 ədəd noutbuk, 627 ədəd stolüstü kompüter istehsal edilmişdi.
qeyd edək ki, hesabat dövründə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2024-сü ilin yanvar-aprel aylarında 65,1 milyon manatlıq məhsul istehsal olunub.























