bakı, 17 may, arhd.media
din: ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
mayın 16-da ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
daxili işlər nazirliyinin (din) mətbuat xidmətindən arhd.media-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 100, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.























