moskva, 15 yanvar,  arhd.media



 

rusiya federasiyasının istintaq komitəsi “azərbaycan hava yolları”na (azal) məxsus təyyarənin aktauda qəzaya uğramasından sonra hava hücumundan müdafiə komandanlığı, hava hərəkətinin təşkili sistemi və dispetçerlərin hərəkətlərini qiymətləndirmək üçün ekspertiza təyin edib.


“dispetçer xidmətlərinin vəzifəli şəxslərinin hərəkətlərinin, hava hərəkətinin təşkili sisteminin və hava hücumundan müdafiənin qiymətləndirilməsi üçün kompleks komissiya təşkilati-texniki, məhkəmə-tibbi ekspertizası təyin edilib”, - deyə məlumatda deyilir.

istintaq komitəsində qeyd edilib ki, istintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyalar üzərində işləyir. işi rusiya federasiyası istintaq komitəsi və dövlətlərarası aviasiya komitəsi araşdırır.

“istintaq tərəfindən azərbaycan respublikası və qazaxıstan respublikasının səlahiyyətli orqanları ilə qarşılıqlı əlaqə yaradılıb. dövlətlərarası aviasiya komitəsinin mütəxəssisləri ilə qarşılıqlı əlaqədə braziliya aviasiya qəzalarının araşdırılması və qarşısının alınması mərkəzində təyyarənin registratorlarından alınan məlumatlar araşdırılır”, - deyə rusiya federasiyası istintaq komitəsinin məlumatında deyilir.

ekipajın qroznı, mahaçqala və mineralnıye vodı dispetçerləri ilə danışıqları da təhlil edilir. təyyarənin vəziyyəti və cinayət işində olan digər maddi sübutlar tədqiq edilir.

“azal”ın bakıdan qroznıya uçan sərnişin təyyarəsi dekabrın 25-də qazaxıstanın aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.



arhd.media  sosial media saytı’ın  baş redaktoru :
orxan ismayılov

Baxış sayı: 4 315

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə