bakı, 31 yanvar,  arhd.media

 

“aqrar inkişaf könüllüləri” təşkilatının 2 fevral - azərbaycan gənclər gününə həsr edilmiş konfransı keçirilib. tədbirdə kənd təsərrüfatı nazirinin müşaviri fərid nəcəfov, kənd təsərrüfatı nazirliyinin elm, təhsil və insan resursları şöbəsinin müdiri ilham süleymanov, aqrar sahə işçilərinin həmkarlar ittifaqı birliyinin sədri fuad məmmədov, "aqrar inkişaf könüllüləri" təşkilatı ictimai birliyinin sədri aytac cabbarova, təşkilatın regionlar üzrə nümayəndələri və könüllülər iştirak ediblər.

kənd təsərrüfatı nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən arhd.media -a bildirilib ki, konfransda çıxış edən nazirliyin elm, təhsil və insan resursları şöbəsinin müdiri ilham süleymanov bu günün gənclərin cəmiyyətdəki rolunu vurğulamaq və onların inkişafına dəstək vermək məqsədilə ulu öndər heydər əliyev tərəfindən 1997-ci ildə təsis edildiyini xatırladıb, gənclər günü münasibətilə könüllüləri təbrik edib. azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün yaradılan imkanlardan söz açan ilham süleymanov aqrar inkişaf könüllülərinin timsalında hər zaman gənclərin inkişafının dəstəkləndiyini vurğulayıb. şöbə müdiri gənclərin aqrar sahədə təhsil alması, praktik təcrübə qazanması və bu sahədəki yenilikləri mənimsəməsinin gələcək inkişafa mühüm töhfə verəcəyinə əminliyini bildirib, könüllülərə aktiv fəaliyyətə görə təşəkkür edib.

daha sonra tədbirdə çıxış edən aqrar sahə işçilərinin həmkarlar ittifaqı birliyinin sədri fuad məmmədov və "aqrar inkişaf könüllüləri" təşkilatı ictimai birliyinin sədri aytac cabbarova könüllülüyün yaranma tarixi, gənclərin hərtərəfli inkişafı üçün həyata keçirilən tədbirlər və ölkə həyatında fəal iştirakına toxunublar. aytac cabbarova “aqrar inkişaf könüllüləri” təşkilatının fəaliyyətində könüllülərin rolu, onların kənd təsərrüfatının inkişafında göstərdikləri dəstək barədə məlumat verib. bildirilib ki, 2018-ci ildən yaradılan və hazırda ölkənin 54 regionunda təmsil olunan təşkilata üzv könüllülər tərəfindən “kənd təsərrüfatı yay məktəbi”, “aqro smm”, “kənd sovqatı” və “aqrar innovatorlar” kimi mühüm layihələr uğurla icra edilib.

Baxış sayı: 3 761

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə