bakı, 31 yanvar, arhd.media


azərbaycan qida təhlükəsizliyi agentliyinin (aqta) müfəttişləri nəzarət tədbirləri çərçivəsində “rəvan commers” mmc-nin rusiyadan idxal etdiyi “multon partners.” müəssisəsinin istehsalı olan meyvə şirəsi və “müstəqil seymur” şirkətinin irandan idxal etdiyi “bazargani mobin artin nikan” müəssisəsinin istehsalı olan ərik qurusundan götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarının normativ tələblərə cavab vermədiyini müəyyən ediblər.
bu barədə arhd.media -a aqta-nın informasiya təminatı və innovativ həllər şöbəsindən məlumata verilib.
faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız 786 litr meyvə şirəsi, 1500 kiloqram ərik qurusu məhv edilib.






















