bakı, 2 may, arhd.media



bakıda beynəlxalq xalça forumu on bir ölkədən olan xalçaçı ekspertləri bir araya gətirib


mayın 2-də bakı biznes mərkəzində “xalçaçılıqda ənənələr və yeniliklər” mövzusunda beynəlxalq xalça forumu çərçivəsində dörd sessiya təşkil olunub.

arhd.media xəbər verir ki, sessiyada azərbaycanla yanaşı, özbəkistan, qazaxıstan, türkmənistan, qırğızıstan, tatarıstan, rumıniya, latviya, iran, yaponiya, birləşmiş krallıqdan xalça üzrə mütəxəssislər təqdimatla çıxış ediblər.

azərbaycanı təmsil edən əsmər babayevanın moderatorluğu ilə keçirilən “xalçaçılıqda beynəlxalq əməkdaşlıq və qlobal təcrübələr” mövzusunda birinci sessiyada gürcüstan milli muzeyinin şərq kolleksiyalarının kuratoru, tbilisi dövlət universitetinin professoru irina koşoridze, latviya dekorativ-tətbiqi sənət və dizayn muzeyinin direktoru inese baranovska, latviyanın liepaya muzeyinin nümayəndəsi linda rosental-rose və türkmənistanın incəsənət tarixçisi ajap bayrıyeva ölkələrinin xalça tarixi və müasir dövrdə xalçaçılığa dair təqdimatla çıxış ediblər.

“sərhədləri aşan xalçaçılıq: ənənələr, dəyişikliklər və mədəni əlaqələr” mövzusunda ikinci sessiyada islam və türk incəsənəti üzrə tarixçi, yaponiyalı fəlsəfə doktoru sumiyo okumura, qırğızıstanlı tarix üzrə fəlsəfə doktoru çinarə beksultanova, rumıniyalı türk xalçaları üzrə müstəqil tədqiqatçı və kolleksiya mütəxəssisi stefano ionescu, birləşmiş krallığı təmsil edən “cover” jurnalının redaktoru lusi apvard və təbriz islam incəsənət universitetinin professoru kərim mirzə çıxış ediblər.

“xalça və müasir incəsənət: yeni ifadə vasitələri” adlı üçüncü sessiyada faiq əhməd studiyasının direktoru olqa seleznova, məşhur rəssam və heykəltəraş aydan salahova, tatarıstanın mədəniyyət sahəsində innovasiyaların tətbiqi və ənənələrin qorunması üzrə resurs mərkəzinin direktoru alsu miftaxova və “içərişəhər” muzey mərkəzinin elmi katibi səadət ələkbərova dünyaca tanınmış müasir vizual sənətçi faiq əhmədin yaradıcılığı, müasir incəsənətdə xalça, tatarıstanda xalq tətbiqi dekorativ sənət növlərinin inkişafı, "içərişəhər" muzey mərkəzinin fondunda mühafizə edilən xalçalar, xalça sənəti və yeni ifadə vasitələri barədə təqdimatla çıxış ediblər.

dördüncü sessiya “əl işi xalçaçılıq: müasir dövrdə rolu və institusional yanaşmalar” mövzusuna həsr olunub.

qazaxıstan sənətkarlar ittifaqının sədri ayjan bekkulova “nəsillərarası bilik və dəyərlərin ötürülməsində ailə ənənələri əsas vasitə kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, azərbaycan milli xalça muzeyinin direktoru əminə məlikova “milli xalça muzeyinin müasir incəsənətdə rolu: ənənədən müasirliyə”, “içərişəhər" dövlət tarix-memarlıq qoruğu idarəsi aparat rəhbərinin müavini rəna nəsirova-mustafayeva “içərişəhərdə xalçaların qeyri-maddi canlı irs kimi qorunub saxlanması", özbəkistan dövlət incəsənət akademiyasının professoru elmira gül “özbəkistanda əl işi xalçaçılıq: yaşayan sənət və yeni çağırışlar" mövzularında təqdimatlarla çıxış ediblər.

“xalça toxuma sənətinə innovativ baxış” adlı sonuncu sessiyada azərbaycanın əməkdar rəssamı rəşad ələkbərov, azərbaycan rəssamlar ittifaqının üzvü samirə allahverdiyeva, azərbaycan memarlar ittifaqının idarə heyətinin və icomos-un üzvü, “içərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsinin elmi-mədəni mərkəzinin direktoru aytac əlisultanlı çıxış ediblər.

forumda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

qeyd edək ki, forum mayın 2-dən 4-dək davam edəcək beynəlxalq xalça festivalı çərçivəsində təşkil olunub. festival “azərxalça” asc və “içərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsinin təşkilatçılığı, azərbaycan respublikası iqtisadiyyat nazirliyi və azərbaycan respublikasının ixracın və investisiyaların təşviqi agentliyinin – azpromo-nun dəstəyi ilə keçirilir. içərişəhərdə davam edəcək festivalın əsas məqsədi azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir. bu səbəbdən festivalın proqramı zəngin və rəngarəngliyi ilə bütün yaş qruplarından olan qonaqların maraqlarına hesablanıb. festival çərçivəsində ziyarətçiləri sehrli əyləncə proqramı - rəngarəng konsertlər silsiləsi, açıq hava kinoteatrı və yerli brendlərlə sənətkarların iştirak etdiyi müxtəlif yarmarkalar gözləyir. festival içərişəhərin unesco ümumdünya irs siyahısına daxil edilməsinin 25, azərbaycanın ənənəvi xalçaçılıq sənətinin unesco-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin isə 15 illiyi ilə üst-üstə düşür.

Baxış sayı: 6 644

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə