bakı, 2 aprel, arhd.media
azərbaycan “innovation 2025” konfransında təmsil olunub
dördüncü sənaye inqilabının təhlili və koordinasiya mərkəzi (4sim) londonda keçirilən “innovation 2025” beynəlxalq konfransında təmsil olunub.
mərkəzdən arhd.media-a bildirilib ki, 4sim-in icraçı direktoru fariz cəfərov "süni intellekt məhsuldarlığın artırılmasına necə töhfə verə bilər?" adlı panel sessiyada spiker qismində çıxış edərək, azərbaycanın süni intellekt sahəsindəki irəliləyişlərini, ölkədə pilot olaraq müxtəlif qurumlar tərəfindən icra olunan süni intellekt həlləri və 4sim-in bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.
panelin digər spikerləri sırasında kanadanın əmək və sosial inkişaf nazirliyinin data üzrə baş direktoru ima okonni, böyük britaniyanın vorvik polis idarəsinin data, texnologiya və strategiya üzrə direktoru stefen rassell, israil milli rəqəmsal agentliyinin data üzrə vitse-prezidenti merav peretz belinsky və "sullivan & stanley"in dəyişikliklər üzrə baş direktoru adrian stalham kimi tanınmış ekspertlər də yer alıb.
“innovasiya 2025” konfransı böyük britaniya hökuməti, böyük britaniya dövlət xidməti və nazirlər kabinetinin dəstəyi və qlobal hökumət forumu təşkilatçılığı ilə həyata keçirilir. konfrans çərçivəsində dördüncü sənaye inqilabı texnologiyalarının dövlət xidmətlərində tətbiqi imkanları, vətəndaş cəmiyyətinin rəqəmsal bacarıqlarının artırılması, o cümlədən süni intellektin innovasiyanın və dövlət xidmətlərinin göstərilməsindəki təkanverici rolu kimi mövzulara həsr olunmuş panel müzakirələri, çıxışlar və b2b görüşlər baş tutub.






















