“enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə
azərbaycan respublikasının qanunu


 

azərbaycan respublikasının milli məclisi azərbaycan respublikası konstitusiyasının 94-cü maddəsinin i hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” azərbaycan respublikası qanununun (azərbaycan respublikasının qanunvericilik toplusu, 2021, № 8, maddə 901 (cild i) 16-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 16.2.1-ci maddədə “tarif və qiymətlərində fonda ayrılması nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait)” sözləri “satışından bu qanunun 16.4-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilən məbləğdə fonda köçürülən vəsait” sözləri ilə əvəz edilsin.

2. 16.3-cü maddədən “və enerji effektivliyi fondunun saxlanılması xərclərinin” sözləri çıxarılsın.

 

ilham əliyev

azərbaycan respublikasının prezidenti

bakı şəhəri, 20 dekabr 2024-cü il

Baxış sayı: 3 471

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə