bmt baş assambleyasının 2010-cu ildə baş tutan 64-cü sessiyasında martın 21-i beynəlxalq novruz günü elan olunub.
arhd.media-ın məlumatına görə, bundan əvvəl 2009-cu ildə novruz bayramı unesco-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
“yeni gün” mənası verən novruz dünyada 300 milyondan artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.
bu bayram 3 min ildir ki, qafqazda, balkan, qara dəniz hövzəsi, mərkəzi asiya, yaxın şərq və digər regionlarda qeyd edilir.























