
azərbaycan xalqı min illərdir ki, novruz bayramını qeyd edir.
arhd.media xəbər verir ki, bunları azərbaycan respublikası prezidentinin köməkçisi - prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri hikmət hacıyev “x”dəki səhifəsində yazıb.
o vurğulayıb ki, bmt baş assambleyası 2010-cu il tarixli 64/253 saylı qətnamə ilə martın 21-ni beynəlxalq novruz günü elan edib.
“novruz yaz gününün bərabərləşdiyi gündür, azərbaycan xalqı tərəfindən min illərdir ki, yazın başlanğıcı və təbiətin canlanması kimi qeyd olunur”, - deyə h.hacıyev vurğulayıb.























