kiyev, 20 mart, arhd.media
ukrayna f-16 qırıcılarının yeni partiyasını qəbul edib
ukrayna hərbi hava qüvvələri f-16 qırıcılarının yeni partiyasını qəbul edib.
arhd.media xəbər verir ki, bu barədə ukrayna prezidenti volodimir zelenski jurnalistlər üçün onlayn brifinqdə məlumat verib. volodimir zelenskinin sözlərinə görə, ukraynanın azı 128 ədəd f-16 qırıcısına ehtiyacı var.
qeyd edək ki, 2023-cü ildə ukrayna və müttəfiqləri f-16 döyüş təyyarələrinin ukraynaya təhvil verilməsi üçün hava koalisiyası yaradıblar. 2024-cü ildə tərəfdaşların ilk f-16 qırıcıları ukraynaya gəlib. ukraynanın dəqiq neçə təyyarə aldığı məlum deyil. ukraynaya ilk f-16-ları niderland və danimarka təhvil verib.






















