prezident: şadam ki, artıq suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər

bakı, 18 mart, arhd.media


burada yaşamaq üçün bütün şərait var. evlər çox gözəl, geniş, işıqlı evlərdir. təbiət də təbii olaraq bu bölgəyə əlavə dəyər verir. gözəl su anbarının yanında yaşamaq, əlbəttə ki, adamın zövqünü oxşayır. ona görə burada yaxşı, rahat yaşamaq, işləmək üçün bütün imkanlar var və şadam ki, artıq suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər.

arhd.media xəbər verir ki, bu sözləri prezident ilham əliyev ağdərənin suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söyləyib.

suqovuşanın ikinci qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edildiyini xatırladan dövlətimizin başçısı deyib: “bu, bizim birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi”.

Baxış sayı: 3 513

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə