rusiya xin: bakı və irəvan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayırıq
rusiya azərbaycan və ermənistan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.
“arhd.media” xəbər verir ki, bu barədə rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova bildirib.
onun sözlərinə görə, rusiya ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə azərbaycan və ermənistan nümayəndələri arasında təmaslar üçün platforma yaratmağa hazırdır.
zaxarova onu da deyib ki, moskva bakı ilə irəvan arasında sülh sazişinin imzalanmasına və regionda nəqliyyat kommunikasiyalarının bərpa edilməsinə yardım göstərməyi hədəfləyir.























