türkiyənin xin başçısı, müdafiə naziri və mit sədri suriyalı həmkarları ilə görüşüblər 


13 mart 2025  arhd.media

türkiyənin xarici işlər naziri hakan fidan, milli müdafiə naziri yaşar güler və milli kəşfiyyat təşkilatının (mit) sədri ibrahim kalın dəməşqdə keçid dövründə suriya prezidenti əhməd əş-şaranın rəhbərliyi ilə bu ölkədən olan həmkarları ilə görüşüblər.

“arhd.media” xəbər verir ki, bu barədə türkiyənin xarici işlər nazirliyi sosial şəbəkədə məlumat yayıb.

qeyd olunub ki, görüşdə əhməd əş-şaraa ilə yanaşı suriyanın xarici işlər naziri esad hasan şeybani, müdafiə naziri murhef ebu kasra və kəşfiyyat idarəsinin rəhbəri enes hattab iştirak ediblər.

tərəflərin hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb.

23:37

türkiyənin xarici işlər naziri hakan fidan, milli müdafiə naziri yaşar gülər və milli kəşfiyyat idarəsinin rəhbəri ibrahim kalın suriyanın paytaxtı dəməşqə gediblər.

“arhd.media” xəbər verir ki, bu barədə türkiyənin “anadolu” agentliyi məlumat yayıb.

qeyd olunub ki, onlar dəməşqdə bir sıra rəsmi görüşlər keçirəcəklər.

məlumata görə, h.fidan artıq suriya prezidenti əhməd əş-şara ilə görüşüb.

Baxış sayı: 4 666

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə