azərbaycan xin: qeyri-funksional minsk qrupunun rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq
azərbaycan xin qeyri-funksional minsk qrupunun rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayıb.
"arhd.media" xəbər verir ki, bu barədə azərbaycan xarici işlər nazirliyinin (xin) azərbaycan və ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair yaydığı bəyanatda qeyd edilib.
"atət-in köhnəlmiş və qeyri-funksional minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq", - bəyanatda bildirilib.























