bakı, 12 mart, arhd.media
azərbaycan və iran xin başçıları regional məsələləri müzakirə ediblər
martın 12-də azərbaycan respublikasının xarici işlər naziri ceyhun bayramov ilə iran islam respublikasının xarici işlər naziri seyid abbas ərağçi arasında telefon danışığı baş tutub.
azərbaycan xarici işlər nazirliyinin (xin) mətbuat xidməti idarəsindən arhd.media-a verilən məlumata görə, telefon danışığı zamanı azərbaycan-iran ikitərəfli və regional münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub.
ceyhun bayramov mövcud azərbaycan-iran əlaqələrinin inkişafında siyasi dialoqun əhəmiyyətini vurğulayıb.
azərbaycan ilə iran arasında enerji, nəqliyyat və investisiya sahələrində həyata keçirilən birgə layihələrin strateji əhəmiyyət daşıdığı qeyd edilib. xüsusilə, iran ərazisindən keçən nəqliyyat dəhlizlərinin, eləcə də azərbaycanın qərb regionları ilə onun naxçıvan muxtar respublikasını birləşdirəcək infrastruktur layihələrinin region üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.
tərəflər iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə hökumətlərarası iqtisadi komissiyanın rolunu qeyd ediblər.
telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






















