tərtər, 10 mart, arhd.media
tərtərdə 300 ədəd eldar şamı əkilib
tərtərdə “konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib. aksiya tərtər rayon icra hakimiyyətinin və 9 nömrəli avtomobil yollarının yaşıllaşdırılması mmc-nin təşkilatçılığı ilə reallaşıb.
arhd.media-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı tərtər-goranboy avtomobil yolunun kənarlarında 300 ədəd eldar şamı əkilib. yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.























