moskva, 10 mart, arhd.media
dmitri peskov səudiyyə ərəbistanındakı danışıqlar barədə: mühüm olan abş-ın nə gözlədiyidir
rusiya prezidentinin mətbuat katibi dmitri peskov ukrayna və abş nümayəndə heyətləri arasında səudiyyə ərəbistanında gözlənilən danışıqlar barədə təsdiqlənmiş məlumatları şərh edib.
arhd.media xəbər verir ki, mətbuat katibi deyib: “səudiyyə ərəbistanına gəlincə, burada bizim nəyi gözlədiyimizin heç bir əhəmiyyəti yoxdur. burada mühüm olan abş-ın nə gözləməsidir”.
kreml sözçünün sözlərinə görə, müxtəlif səviyyələrdə dəfələrlə abş-ın kiyevdən sülh yolu ilə nizamlanmaya doğru irəliləmək istəyini nümayiş etdirməsini gözlədiyinə dair bəyanatlar səsləndirilib. “baxın, yəqin ki, hamının gözlədiyi də budur”, -deyə mətbuat katibi əlavə edib.
d.peskov onu da qeyd edib ki, ukrayna rəhbərliyi nümayəndələrinin həqiqətən də sülh üçün səy göstərməyə hazır olub-olmaması qeyri-müəyyən olaraq qalır. “bu, əlbəttə ki, çox vacibdir və müəyyən edilməlidir”, - deyə mətbuat katibi sözlərini yekunlaşdırıb.























