baş dövlət yol polisi idarəsi yolda tətbiq ediləcək məhdudiyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

bakı, 8 mart, arhd.media



baş dövlət yol polisi idarəsi yolda tətbiq ediləcək məhdudiyyətlə bağlı sürücülərə xəbərdarlıq edib


azərbaycan avtomobil yolları dövlət agentliyinin (aayda) məlumatına əsasən, m-1 bakı-quba-rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yolötürücü və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, martın 8-dən saat 10:00-dan etibarən yolun sözügedən hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

bu barədə arhd.media-a baş dövlət yol polisi idarəsindən məlumat verilib.

bildirilib ki, baş dövlət yol polisi idarəsi hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyd-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir.

Baxış sayı: 6 066

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə