bakı, 8 mart, arhd.media
din: cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
martın 7-də ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
din-in mətbuat xidmətindən arhd.media-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 195, o cümlədən borclu şəxs qismində axtarışda olan 155 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.























