
daxili işlər naziri lənkəranda vətəndaşları qəbul edəcək
27.02.2025 arhd.mediaazərbaycan respublikasının daxili işlər naziri general-polkovnik vilayət eyvazov tərəfindən 2025-ci il mart ayının 7-də lənkəran şəhər rayon polis şöbəsində lənkəran, masallı, astara, yardımlı, lerik şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
qəbula yazılmaq istəyən vətəndaşlar daxili işlər nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 06.03.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə din-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.






















