xankəndi, 4 mart,  arhd.media



xankəndidə od çərşənbəsi qeyd edilib


işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, xankəndi şəhərində də həyat öz axınına düşüb.

xankəndi şəhərində, ağdərə və xocalı rayonlarında bərpa tikinti və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-ın bölgə müxbirinə bildirilib ki, uzun illərdən sonra xankəndi şəhərində insanlar bu gün öz adət-ənənələrinə uyğun olaraq od çərşənbəsini qeyd ediblər. axşam saatlarında şəhərin girişində bayram tonqalı yandırılıb. sakinlər tonqal ətrafına toplaşaraq, od çərşənbəsini birlikdə qeyd ediblər. bayram tonqalı uşaqlar üçün daha maraqlı olub. insanlar tonqalın üzərindən hoppanaraq öz niyyətlərini dilə gətiriblər. qeyd edək ki, işğaldan azad olunan ərazilərdə bayramlar xüsusilə qeyd olunur. xankəndi şəhərində də novruz bayramı münasibətilə böyük konsert proqramı təşkil ediləcək.

Baxış sayı: 4 540

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə