bakı, 4 mart, arhd.media
ilahiyyat institutunun tələbələri arasında esse müsabiqəsi keçirilir
azərbaycan ilahiyyat institutunun tələbələri arasında esse müsabiqəsi keçirilir.
institutdan arhd.media-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən tələbələr “ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda esselərini aprelin 30-dək esseilahiyyat@ait.edu.az ünvanına göndərməlidirlər.
müsabiqəyə təqdim edilən esselər “ms word” proqramında, “times new roman” şrifti ilə 12 ölçüdə tərtib olunmalıdır.
esseler azərbaycan dilində yazılmalı və söz sayı 700-1000 aralığında olmalıdır.
təqdim edilən esselərin seçimi münsiflər heyəti tərəfindən müəyyən olunacaq. ilk 3 (üç) yerin qalibi mükafatlandırılacaq.























