yol polisindən xəbərdarlıq: dumanlı hava yolda təhlükə yarada bilər

bakı, 3 mart, arhd.media



yol polisindən xəbərdarlıq: dumanlı hava yolda təhlükə yarada bilər

sinoptiklərin məlumatına görə, martın 4-də dumanlı hava şəraiti ilə əlaqədar avtomagistrallarda görmə məsafəsinin 500-1000 metrədək məhdudlaşması gözlənilir.

arhd.media xəbər verir ki, bununla bağlı baş dövlət yol polisi idarəsi sürücülərə xəbərdarlıq edib.

bildirilib ki, dumanlı havada yollarda yaranan məhdudiyyətli görünmənin texniki nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında görünməsinə maneə yaratdığını, eləcə də bir sıra dağlıq və dağətəyi bölgələrdə gecə və səhər saatlarında yolların buz bağlama ehtimalını nəzərə alaraq, sürücülərə zəruri ehtiyat tədbirləri görmək, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.

Baxış sayı: 4 957

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə