bakı, 3 mart, arhd.media
suraxanıda narkokuryerlərdən 4 kiloqramdan artıq tiryək və marixuana aşkarlanıb video
suraxanı rayon polis idarəsi 33-cü polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir.
daxili işlər nazirliyinin mətbuat xidmətindən arhd.media-a verilən məlumata görə, sonuncu əməliyyat nəticəsində ruhin mürşüdov və tanışı olan bir nəfər yetkinlik yaşına çatmayan şəxs saxlanılıblar. onlardan 4 kiloqramdan artıq tiryək və marixuana aşkarlanaraq götürülüb.
saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan iran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.























