bakı, 28 fevral, arhd.media
ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
fevralın 27-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
bu barədə arhd.media-a daxili işlər nazirliyinin mətbuat xidmətindən məlumat verilib. bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 151, o cümlədən borclu şəxs qismində axtarışda olan 116 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.























