bakı, 27 fevral, arhd.media


qvineya-bisaunun prezidenti “asan xidmət”də olub


qvineya-bisau respublikasının prezidenti umaru sisoku embalonun rəhbərlik etdiyi nümayəndə heyəti azərbaycana rəsmi səfər çərçivəsində “asan xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

arhd.media xəbər verir ki, azərbaycan respublikasının prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyinin sədri ülvi mehdiyev qonağa prezident ilham əliyevin təşəbbüsü əsasında yaradılmış “asan xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. “asan xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

qvineya-bisau respublikasının prezidenti “asan xidmət”i çox əhəmiyyətli layihə kimi qiymətləndirib. o, ölkəsində belə bir konsepsiyanın mövcud olmadığını və səfərdən dərhal sonra eyni layihənin ölkəsində də tətbiqi ilə bağlı addımların atılacağını diqqətə çatdırıb.

sonra azərbaycan respublikasının prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyi ilə qvineya-bisau respublikası prezidentinin ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

memorandum “asan xidmət” təcrübəsinin qvineya-bisau respublikasında tətbiqini, eləcə də dövlət agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin qarşı tərəflə paylaşılmasını nəzərdə tutur.

görüş çərçivəsində nümayəndə heyəti “innoland” inkubasiya və akselerasiya mərkəzinin, səyyar asan xidmətin və “abad” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.

Baxış sayı: 4 136

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə