növbəti 3 gündə bakıda arabir sulu qar, qar yağacaq- xəbərdarliq

bakı, 27 fevral, arhd.media


növbəti 3 gündə bakıda arabir sulu qar, qar yağacaq- xəbərdarliq


fevralın 28-i gündüzdən martın 2-dək bakıda və abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir.

arhd.media-ın xəbərinə görə, milli hidrometeorologiya xidməti növbəti dəfə xəbərdarlıq edir ki, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

havanın minimal temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.

fevralın 28-də bəzi şərq rayonlarında, martın 1-dən 2-dək isə əksər rayonlarda arabir sulu qar, qar yağacağı gözlənilir. bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. havanın minimal temperaturu aran rayonlarında 1-6, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə isə 17-22 dərəcə şaxta olacaq.

ölkə ərazisində gözlənilən şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar bəzi yollar buz bağlayacaq.

Baxış sayı: 5 675

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə