baş dövlət yol polisi idarəsi sürücülərə müraciət edib

bakı, 23 fevral, arhd.media


baş dövlət yol polisi idarəsi sürücülərə müraciət edib


yol-patrul xidmətinin müşayiəti ilə aidiyyəti qurumlar tərəfindən avtomagistrallara duz-qum qarışığı səpilərək qardan təmizlənməsinə baxmayaraq, küləklə sovrulan qarın qısa zamanda yenidən yolun hərəkət hissəsini tutması sürücülərdə çaşqınlıq yarada bilər.

arhd.media xəbər verir ki, bu barədə baş dövlət yol polisi idarəsinin yaydığı məlumatda bildirilir. qeyd olunur ki, yolun qardan təmizləndiyinə güvənən sürücü bir qədər sürət yığdıqdan sonra anidən qar və ya buzla örtülü yol sahəsinə çıxdıqda təbii olaraq təlaş hissi keçirir və bu da instinktiv olaraq kəskin tormozlamaya və avtomobilin sürüşməsinə səbəb olur.

baş dövlət yol polisi idarəsi gecə saatlarında yolların buz bağladığını da nəzərə alaraq, qeyd olunan xüsusatları diqqətdə saxlamağı, zərurət yaranmadıqca şəxsi avtomobildən istifadə etməməyi xahiş edir.

Baxış sayı: 7 677

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə