bakı, 21 fevral, arhd.media
xocalı rayonunda mina hadisəsi baş verib
ağdam rayon sakini, 1963-cü il təvəllüdlü imanov nağı novruz oğlu xocalı rayonunun ulubaba kəndində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
arhd.media xəbər verir ki, bu barədə daxili i̇şlər nazirliyi (din), baş prokurorluq və minatəmizləmə agentliyinin (anama) mətbuat xidmətləri birgə məlumat yayıb. hadisə nəticəsində imanov nağı ayağından xəsarət alıb. faktla bağlı xocalı rayon prokurorluğunda araşdırma aparılır.
anama, din və baş prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!






















